Məzmuna keç

Sertifikatlı təmir işləri, öz dokumuz və gəmilərdə yanğın təhlükəsizliyi.
İstiqamət
3
Sertifikatlı xidmət
29
Texniki xidmət
24 saat
Zəmanət
6-12 ay

Hazırda icra olunur: MTS şirkətində dizel generatorlarının təmiri və quraşdırılması işləri davam edir.

i

Uyğunluq sertifikatına əsasən göstərilən xidmətlər

“Marine Technical Solutions” Qapalı Səhmdar Cəmiyyəti (MTS) geniş həcmdə peşəkar gəmi təmiri xidmətləri təqdim edir. Yüksəkixtisaslı mütəxəssislərin peşəkarlığı ilə bu sahədəki təcrübəmizin vəhdəti, bizə hər növ mürəkkəb təmir işləri yerinə yetirilməsinə imkan verir.

IHidravlika və mexanizmlər

  • Gəmilərdə hidravlik sistemlərin, avadanlıqların təmiri və modernizasiyası
  • Hidravlik şlanqların hazırlanması, test olunması və sertifikatlaşdırılması
  • Gəmilərdə kondisionerlərin, soyuducuların təmiri, modernizasiyası və yeni layihəsinin verilməsi
  • Baş və köməkçi mexanizmlərin, qurğuların, qazanların, təzyiq altında olan istilik mübadiləsi avadanlıqlarının, gəmi yükqaldırıcı və soyuducu qurğularım defektasiyası, təmiri və nizamlanması
  • Gəmi sistemlərinin, boruların defektasiyası və təmiri
  • Hidravlik və pnevmatik slindrlərin, klapanların, nasos və motorların hazırlanması, nizamlanması, təmiri və test olunması və hidravlik sistemin yuyulması

IITəhlükəsizlik və sınaq

  • Yedək və lövbər bucurqadlarının, xilasedici qayıqların yük altında sınaqdan keçirilməsi və sertifikatlaşdırılması
  • Trosların, gəmi yanalma qurğularının, yük qaldırıcı qurğuların yoxlanılması
  • Gəmilərdə yanğın xəbərdaredici sistemlərin quraşdırılması, yoxlanılması və onlara texniki xidmət göstərilməsi
  • Gəmilərdə CO₂ sistemlərinin yoxlanılması, quraşdırılması və təmiri
  • Gəmilərin, üzən qazma qurğularının qaynaq tikişlərinin qeyri destruktik, maqnit və kapilyar nazarat metodu ilə test edilib yoxlanılması
  • Polad burazların maqnit defektoskopiyası

IIIElektrik və avtomatika

  • Gəmilərdə elektronika, avtomatika sisteminin və elektrik avadanlıqlarının quraşdırılması təmiri və modernizasiya
  • Gəmilərdə 100 A-dan yuxarı cərəyan şiddətli elektrik avtomat açarlarının yoxlanılması
  • Gəmi üzrə bütün növ qəza xəbərdarlıq siqnal sistemlərinin, baş, köməkçi sinxron generatorların, ATP və sükan qurğularının, kranın, nasosların, kompressorların, ballast və quruducu sistemlərin, yanğından mühafizə sistemlərinin avtomatik idarəetmə, qorunma, siqnal sistemlərinin təmiri, modernizasiyası, proqramlaşdırılması
  • Akkumulyator batareyaları, eləcə də, gəmi elektrik və avtomatlaşdırma avadanlıqlarının defektasiyası, tamiri və nizamlaması, elektrik maşınlarının əsash va cari təmiri
  • Gəmi üzrə rabitə və naviqasiya avadanlıqlarının quraşdırılması, işə salınması, təmiri işlərinin həyata keçirilməsi, radioavadanlıqlarının proqramlaşdırılması

IVMühərrik və yanacaq

  • Bütün növ mühərrik tənzimləyicilərinin təmiri və tənzimlənməsi
  • Yüksək təzyiqli yanacaq nasoslarının təmiri və tənzimlənməsi
  • Köməkçi mühərriklərin təmiri və tənzimlənməsi
  • Baş mühərriklərin pnevmatik məsafədən idarəetmə sisteminin (DAU) təmiri və tənzimlənması
  • Dizel generatorlarının aktuatorlarının təmiri və tənzimlənməsi
  • Yüksək təzyiqli yanacaq forsunkalarının təmiri və tənzimlənməsi
  • Baş mühərriklər, hava kompressorları və turbo kompressorların təmiri və tənzimlənməsi

VGövdə və tikinti

  • Əsaslı və tarsanə təmiri həcmində işlərin yerinə yetirilməsi
  • Layihə-konstruktor, metal-konstruksiya və modernizasiya işləri
  • Layihəyə uyğun kiçik həcmli gəmilərin tikintisi
  • Şüşə-plastik gəmi və konstruksiyalar istisna olmaqla gəmilərin, gövdə konstruksiyalarının defektasiyası, təmiri, qaynaq metodu ilə yenidən quraşdırılması
  • Yaşayış konteynerlərinin tikilməsi və gəmidə quraşdırılması

ii

Üzən tərsanə (dok) xidməti

"Marine Technical Solutions" QSC (MTS) gəmilərə göstərilən üzən tərsanə (dok) xidmətləri sahəsində geniş təcrübəyə malikdir. Bu xidmətlər vasitəsilə gəmilərin texniki vəziyyəti bərpa edilir, istismar müddəti uzadılır və əməliyyatların təhlükəsizliyi artırılır.

Mobillik
Üzən tərsanələr su üzərində fəaliyyət göstərərək liman və ya sahil infrastrukturundan asılılığı azaldır.
Tez və effektiv xidmət
Gəmilər dok xidmətləri üçün xüsusi məkana daşınmadan təmir oluna bilər, bu da vaxt itkisinin qarşısını alır.
Geniş əhatə dairəsi
Üzən tərsanələr müxtəlif ölçüdə gəmilər üçün uyğunlaşdırıla bilər.

Mərhələ 1 / 5

Doka qəbul

"Marine Technical Solutions" QSC (MTS) gəmilərə göstərilən üzən tərsanə (dok) xidmətləri sahəsində geniş təcrübəyə malikdir. Bu xidmətlər vasitəsilə gəmilərin texniki vəziyyəti bərpa edilir, istismar müddəti uzadılır və əməliyyatların təhlükəsizliyi artırılır.

MTS-in təqdim etdiyi dok xidmətləri yüksək keyfiyyətli avadanlıqlar və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir. Şirkətimiz, hər bir layihənin spesifik tələblərinə uyğun olaraq fərdi həllər hazırlayır, müştəri məmnuniyyətini ön planda saxlayır.

Müraciət edin

iii

Dənizdə təhlükəsizlik

Dəniz təhlükəsizliyi şirkətlər üçün prioritet məsələlərdəndir və bu sahədə beynəlxalq standartlara cavab verən texnologiyaların istifadəsi vacibdir. MTS (Marine Technical Solutions) şirkəti bu istiqamətdə öndə gedən təminatçılardan biri kimi, gəmilərdə yanğın nəzarət və xəbərdarlıq sisteminin quraşdırılması və yenilənməsi üçün peşəkar xidmətlər təklif edir.

MTS şirkətinin göstərdiyi yanğın nəzarət və xəbərdarlıq sisteminin yenilənməsi xidməti çoxmərhələlidir və hər bir mərhələdə ünvanlanan problemləri effektiv həll etməyi nəzərdə tutur:

  1. 1Ehtiyacın qiymətləndirilməsiMütəxəssislərimiz gəminin cari yanğın nəzarət sisteminin texniki baxışını həyata keçirir, mövcud qüsurlara və yenilənmə üçün vacib aspektlərə diqqət yetirir.
  2. 2Standartlara cavab verən dizaynXidmətimiz beynəlxalq dəniz təhlükəsizliyi qaydalarına (IMO, SOLAS) uyğun gəmi yanğın nəzarət və xəbərdarlıq sistemləri təmin edir.
  3. 3Müasir texnologiyaların istifadəsiGəmiyə inteqrasiya olunan yeni sistemlər həm təhlükəsizlik, həm də effektiv idarəetmə üçün optimallaşdırılmışdır.
  4. 4Peşəkar montaj və sınamalarYenilənmə prosesində yanğın nəzarət cihazları peşəkar qruplar tərəfindən quraşdırılır, ardınca sınaq prosesləri aparılır.
  5. 5Təlim və texniki dəstəkGəmi heyəti yeni sistemlərin istifadəsinə dair tam təlimləndirilərək, sistemlərin davamlı idarə olunması təmin edilir.

Təhlükəsizlik təminatı

Yenilənmə prosesində istifadə olunan avadanlıqlar hər bir təhlükəsizlik qaydalarına cavab verir.

Vaxtında icra

Layihələr vaxtında və effektiv şəkildə tamamlanır.

Tez-tez verilən suallar

Bütün suallar və cavablar

Uyğunluq sertifikatı hansı işləri əhatə edir?

Sertifikat 29 istiqaməti əhatə edir: hidravlik sistemlərin təmiri və modernizasiyası, hidravlik şlanqların hazırlanması və sınağı, yedək və lövbər bucurqadlarının və xilasedici qayıqların yük altında sınağı, elektronika və avtomatika sistemlərinin quraşdırılması, yanğın xəbərdaredici sistemlərə texniki xidmət və digər işlər. Tam siyahı Xidmətlərimiz səhifəsindədir.

Gəmilərdə yanğın nəzarət sistemini quraşdırırsınızmı?

Bəli. MTS gəmilərdə yanğın nəzarət və xəbərdarlıq sistemlərinin quraşdırılması və yenilənməsini icra edir: əvvəlcə mövcud sistemin texniki baxışı aparılır, sonra beynəlxalq standartlara uyğun avadanlıq seçilir, quraşdırılır və sınaqdan keçirilir.

Üzən tərsanə (dok) xidmətinin üstünlüyü nədir?

Üzən tərsanə su üzərində işlədiyi üçün sahil infrastrukturundan asılılığı azaldır, gəmi ayrıca məkana daşınmadan təmir olunur və dokda keçən vaxt qısalır. Bu, həm təmir, həm də texniki xidmət üçün çevik iş şəraiti yaradır.