Məzmuna keç

Gəmi təmiri, tikintisi və üzən tərsanə

“Marine Technical Solutions” QSC 2014-cü ildən Bakıda müxtəlif növ gəmilərin əsaslı təmirini icra edir.

On bir ildir ki, Xəzərdə gəmiləri təmir edir, tikir və yenidən dənizə qaytarırıq.

“Marine Technical Solutions” Qapalı Səhmdar Cəmiyyəti 28 aprel 2014-cü ildə Bakıda yaradılıb. Baş ofis və üç nümayəndəlikdə 120-dən çox mütəxəssis çalışır.

İllik təcrübə
15+ İllik təcrübə
İşçi heyəti
120+ İşçi heyəti
Tamamlanmış layihə
14+ Tamamlanmış layihə
Tamamlanmış təmir və konvensiya işləri
200+ Tamamlanmış təmir və konvensiya işləri

Xidmətlər

Hər gəmi üçün bir yard, bir komanda

i

Sertifikatlı xidmətlər

Uyğunluq sertifikatı əsasında 29 istiqamət üzrə işlər: hidravlikadan mühərriklərə, elektrik və avtomatikadan gövdə işlərinə qədər.

Xidmət haqqında

ii

Üzən tərsanə

"Marine Technical Solutions" QSC (MTS) gəmilərə göstərilən üzən tərsanə (dok) xidmətləri sahəsində geniş təcrübəyə malikdir.

Xidmət haqqında

iii

Yanğın nəzarəti

Dəniz təhlükəsizliyi şirkətlər üçün prioritet məsələlərdəndir və bu sahədə beynəlxalq standartlara cavab verən texnologiyaların istifadəsi vacibdir.

Xidmət haqqında

Üzən tərsanədə işin gedişi

Gəmi doka qəbul ediləndən suya buraxılana qədər bütün işlər bir komanda tərəfindən görülür.

Mərhələ 1 / 5

Doka qəbul

"Marine Technical Solutions" QSC (MTS) gəmilərə göstərilən üzən tərsanə (dok) xidmətləri sahəsində geniş təcrübəyə malikdir. Bu xidmətlər vasitəsilə gəmilərin texniki vəziyyəti bərpa edilir, istismar müddəti uzadılır və əməliyyatların təhlükəsizliyi artırılır.

Bizi seçənlər nəyə dəyər verir

  1. I

    Dok (üzən tərsanə) xidməti

    Üzən tərsanələr həm təmir, həm də texniki xidmət üçün çevik iş şəraiti təmin edir, çünki gəmi dokda olarkən daha az vaxt sərf olunur.

  2. II

    Yüksək keyfiyyət

    Keyfiyyətli gəmi təmiri, təhlükəsizliyin artırılması və texniki nasazlıqların qarşısının alınması ilə dəniz əməliyyatlarında daha yaxşı performans əldə etməyə imkan verir.

  3. III

    Maksimum rahatlıq

    Effektiv planlaşdırma, effektiv layihə idarəetməsi və ciddi proses monitorinqi ilə müştəri tələblərinə çevik, lakin praktik yanaşma

  4. IV

    Peşəkar yanaşma

    Təcrübəli mütəxəssislərin peşəkar yanaşması sayəsində gəmi təmiri prosesləri daha sürətli və etibarlı şəkildə həyata keçirilir, bu da vaxt və resurslara qənaət edir.

Yarddan görüntülər

Xəbərlər

Son işlər və hadisələr

12 iyun 2026 · Gəmi təmiri və layihələr

STINGRAY I gəmisində görülən işlər

Bizə etibar edən şirkət və qurumlar

  • Azertrans LTD
  • P&O Maritime Logistics
  • Azərbaycan Respublikası Dövlət Neft Fondu
  • Syntax QSC
  • ASCO
  • Royal Marine LLC
  • CN Co. LTD MMC
  • Construction Steel Company MMC
  • Port Bonded Services MMC
  • Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC
  • Green Sea Navigation MMC
  • Delta ASM
  • Novelty Service QSC
  • Caspian Marine Services B.V.
  • Liebherr-Azeri LLC
  • Dövlət Dəniz və Liman Agentliyi

Tez-tez verilən suallar

Bütün suallar və cavablar

Marine Technical Solutions QSC nə vaxt və harada yaradılıb?

“Marine Technical Solutions” Qapalı Səhmdar Cəmiyyəti (MTS QSC) 28 aprel 2014-cü ildə Bakıda yaradılıb. Şirkət o vaxtdan gəmilərin əsaslı təmiri, tikintisi və texniki xidməti ilə məşğuldur.

MTS hansı xidmətləri göstərir?

Əsas istiqamətlər: gəmilərin əsaslı təmiri və tikintisi, əlavə konstruksiyaların və yaşayış konteynerlərinin quraşdırılması, üzən tərsanə (dok) xidməti, gəmilərdə yanğın nəzarət və xəbərdarlıq sistemlərinin quraşdırılması. Bundan əlavə, uyğunluq sertifikatı əsasında 29 istiqamət üzrə texniki işlər görülür.

Təmir işlərinə zəmanət verilirmi?

Bəli. MTS gördüyü təmir işlərinə işin növündən asılı olaraq 6 aydan 12 ayadək zəmanət verir.

Bizimlə əlaqə

AZ1023, Azərbaycan, Bakı Səbail ray., Salyan şosesi 12

Ələt 24 saat
+994 10 255 24 44
Bibiheybət
+994 50 290 94 51