Məzmuna keç

2014-cü ildən Bakıda gəmi təmiri, tikintisi və üzən tərsanə xidməti.
Təsis
28.04.2014
Əməkdaşlar
120+
Struktur
Baş ofis, 3 nümayəndəlik
Zəmanət
6-12 ay

Şirkət tarixçəmiz

Artıq 11 ildən artıqdır ki, sizin xidmətinizdə olan Marine Technical Solutions şirkəti müxtəlif növ gəmilərin əsaslı təmiri, konstruksiyaların quraşdırılması və s. bu kimi işləri peşəkar komandası ilə icra edir.

Şirkətdə 120-dən çox əməkdaş sayı ilə daim inkişafa meyilli olan peşəkar və təcrübəli komanda fəaliyyət göstərir. “Marine Technical Solutions” Qapalı Səhmdar Cəmiyyəti (QSC) gəmi təmiri və texniki xidmət sahəsində fəaliyyət göstərən, 11 illik təcrübəyə malik bir şirkətdir. Bu şirkət, gəmi sənayesində müştərilərinə yüksək keyfiyyətli və tam çeşidli xidmətlər təklif etmək məqsədilə yaradılıb. Əsas fəaliyyət sahələrimiz gəmi təmiri, texniki xidmət, avadanlıqların yenilənməsi və modernizasiyası, həmçinin dəniz nəqliyyatı vasitələrinin texniki təftişidir.

Şirkətimiz müştərilərinə geniş spektrli xidmətlər göstərir ki, bunlar arasında mühərriklərin, nasosların, elektrik sistemlərinin, boru xətlərinin və digər texniki avadanlıqların təmiri və yenidən quraşdırılması xüsusi yer tutur. Bundan əlavə, “Marine Technical Solutions” QSC gəmi sahiblərinə təmirdən sonrakı dövrdə texniki dəstək və məsləhət xidmətləri də göstərir.

“Marine Technical Solutions” Qapalı Səhmdar Cəmiyyəti 28 aprel 2014-cü il tarixində Bakıda, Azərbaycanda yaradılmış müasir və sürətlə inkişaf edən şirkətdir.

Peşəkar mühəndislərdən və texniki personaldan ibarət komandamız müştərilərin ehtiyaclarına uyğun olaraq hərtərəfli və sürətli xidmətlər göstərir. Bütün bunlara əlavə olaraq müasir texnologiyalar və qabaqcıl avadanlıqları istifadə edərək, gəmi təmir işlərini ən yüksək standartlara uyğun şəkildə həyata keçiririk.

Şirkət fəaliyyət göstərdiyi dövr ərzində gəmi sahibləri arasında etibar və nüfuz qazanmış, həmçinin Azərbaycanın gəmi sənayesində əhəmiyyətli rol oynayan bir qurum halına gəlmişdir. Bizim əsas məqsədimiz, yerli və beynəlxalq bazarda rəqabət qabiliyyətli xidmətlər göstərərək, müştərilərə hər zaman keyfiyyətli və etibarlı həllər təqdim etməkdir.

Rəhbərliyin müraciəti

Hörmətli həmkarlar

“Marine Technical Solutions” QSC Azərbaycanda 2014-cü ildən fəaliyyət göstərən, gəmilərdə təmir, tikinti və texniki xidmət göstərən özəl şirkətdir. Hazırda şirkətimizdə 120-dən çox peşəkar mütəxəssis çalışır. Şirkət baş ofis və 3 nümayəndəlikdən ibarətdir.

Bizim əsas fəaliyyətimiz gəmilərdə əsaslı təmir, tikinti, əlavə konstruksiya, yaşayış konteynerlərinin quraşdırılması və üzən tərsanə (dok) xidmətinin göstərilməsindən ibarətdir.

Üstünlüklərimiz 24 saat texniki xidmət və müştərilərimiz qarşısında olan öhdəliyimizi daha mükəmməl və qüsursuz yerinə yetirməkdir. Gördüyümüz təmir işlərinə 6 aydan 12 ayadək zəmanət veririk.

Şirkətimiz son 1 il ərzində daha da inkişaf edərək yerli və beynəlxalq uyğunluq şəhadətnamələrinə nail olmuşdur. Bu da işimizin səmərəli olmasına öz töhfəsini verir. Dövlət və özəl şirkətlərin gəmilərinə göstərdiyimiz xidmətlərə görə aldığımız təşəkkürnamələr əməkdaşlarımız üçün qürur vericidir.

Bizi seçən müştərilərə öz təşəkkürümüzü bildiririk.

Hörmətlə, “Marine Technical Solutions” QSC-nin rəhbəri

Kartın üzərinə gəlin və ya toxunun: vəzifə arxa tərəfdədir.

Rəsmi Distributorluq səlahiyyəti

Rəsmi Distributorluq səlahiyyəti

PDF faylı

Sertifikatlar

Təşəkkürnamələr